VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Mingəçevirdə yaşayış massivini sel basdı, evlər su altında qaldı - FOTOLAR

Mingəçevirdə yaşayış massivini sel basdı, evlər su altında qaldı

Mingəçevir şəhərinə yağan güclü leysan yağışlarından sonra əmələ gələn sel suları ciddi fəsadlar törədib.

APA-nın yerli bürosunun xəbərinə görə, Boz dağdan gələn sel suları Mingəçevir şəhərinin şimalındakı “Günəşli” bağ massivində 120-dən çox fərdi yaşayış evinə ziyan vurub. Evləri su basıb, küçələrdə, həyətyanı sahələrdə keçilməz su gölməçələri və lil qatı əmələ gəlib. Təbii fəlakət zamanı yerli sakinlərin tərəvəz bitkiləri və ev quşları da tələf olub.

Hazırda yaşayış massivinin 13, 14 və 15-ci küçələrində vəziyyət daha da acınacaqlıdır. Yerli sakin Şəhla Cəfərzadənin sözlərinə görə, onun mənzilinin içərisi tamamilə lil və sel suları ilə dolduğu üçün 3 uşağı ilə birgə evi tərk edib. Əraziyə FHN-nin əməkdaşları baxış keçirib. Sel suları evi qəzalı vəziyyətə saldığı üçün ailə üzvləri başqa mənzilə yerləşdirilib. Sel suları Tahir Zakirovun mənzilinə də ciddi ziyan vurub.

Yerli sakinlər selin fəsadlarının ağır olmasını “Günəşli” yaşayış massivindən keçən su kanalının çəkilişi zamanı nöqsanlara yol verilməsi, su ötürücülərinin lil və çöküntülərlə dolması səbəbindən baş verdiyini bildirirlər.

Hazırda ərazidə selin fəsadlarının aradan qaldırılması üçün işlər görülür.

Mingəçevirdə yaşayış massivini sel basdı, evlər su altında qaldı
Mingəçevirdə yaşayış massivini sel basdı, evlər su altında qaldı
Mingəçevirdə yaşayış massivini sel basdı, evlər su altında qaldı


Facebook-da paylaş