VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



“Qızıl beyin” laureatı Günel və Xeyrənsənin Bakıda mətbuat konfransı keçiriləcək

“Qızıl beyin” laureatı Günel və Xeyrənsənin Bakıda mətbuat konfransı keçiriləcək

İstanbulun Bahçeşehir Universitetinin birincisi, “Qızıl beyin” mükafatı laureatı Günel Musayeva və Universitet üçüncüsü Xeyrənsə Musayevanın iştirakı ilə “Türkiyədə təhsil alan bacıların uğuru” mövzusunda mətbuat konfransı keçiriləcək.

Tədbirin təşkilatçısı Bahçeşehir Universitetinin Bakı nümayəndəliyidir.

Tədbirdə Bahçeşehir Universitetinin rektoru Şenay Yalçın, iqtisadi idarəetmə və sosial biliklər fakültəsinin dekanı Necib Çakır və beynəlxalq ofis direktoru Erbay Şirinin də iştirakı gözlənilir.

Günel və Xeyrənsə bacılarının uğurlarının sirri və Türkiyədəki təhsillə bağlı suallara aydınlıq gətiriləcək.
Mətbuat konfransı iyulun 7-si, saat 11: 00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.


Facebook-da paylaş