VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



İsrail qırıcıları Əsəd qüvvələrini bombaladı

İsrail qırıcıları Əsəd qüvvələrini bombaladı

İsrail qırıcıları Suriyanın hökumət qoşunlarının hərbi qüvvələrini bombalayıb.

Bu barədə İsrailin müdafiə Nazirliyi məlumat yayıb. Yayılan məlumata görə, İsrail aviasiyası Suriyanın hökumət qoşunlarının iki tankına və artilleriya mövqelərinə hücum edib. İsrail tərəfi bu addımı Colan Yüksəkliklərinin yəhudi dövlətinin nəzarəti altında olan hissəsinə onlarla mərminin atılmasına cavab olaraq atdıqlarını bildiriblər.

“Suriya ordusu ərazilərimizi atəşə məruz qoydular. Qırıcılarımız atəş açılan istiqamətə hərəkət ediblər. Hücumun Suriya ordusunun mövqeyləri tərəfindən edildiyi müəyyən edildi. Hücuma cavab olaraq qırıcılarımız Suriya ordusuna məxsus tankvə artilleriya mövqelərini məhv etdi”, - deyə açıqlamada bildirilib.

Suriyanın hərbçiləri mərmilərin təsadüfən sözügedən ərazilərə düşdüyünü bildirsələr də, bunu İsrail suverenliyinin pozulması halı kimi qiymətləndiriblər. İsrail tərəfi itki vermədiyini bildirib.

Qeyd edək ki, Suriyanın cənub-qərb, İsrailin şimali-şərq ərazilərində yerləşən təpəlik əraziləri Colan Yüksəklikləri adlandırılıb. Qolan platosu adı ilə də tanınan Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş 6 günlük müharibə zamanı İsrail tərəfindən işğal edilib. 1981-ci ildə İsrail Qolan Yüksəkliklərini öz ərazisinə qatdığını rəsmən elan edib. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir.


Facebook-da paylaş