VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə bulaq abidə kompleksin açılışı olub

Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə bulaq abidə kompleksin açılışı olub

Telejurnalist, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti və Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin doğulduğu Qazaxbəyli kəndində onun xatirəsinə tikilmiş bulaq abidə kompleksinin açılışı olub.

1991-ci ilin 18-19 noyabrında erməni quldurlar Xocavəndin Qaradağlı kəndində kütləvi qırğın törədəndə bu xəbəri yataqda eşidən Alı Mustafayev bütün gecəni yata bilmir. Səhəri iş yeri Azərbaycan Televiziyasına gəlib təcili Ağdama yola düşən qrupa rəhbərliyi öz üzərinə götürür. Yoldaşlarının səhhətindəki problemləri təkidlə xatırlatması onu bu ağır səfərdən çəkindirə bilmir. Noyabrın 20-də Ağdamdan Azərbaycanın dövlət və hökumət rəsmilərini, yüksək rütbəli hərbçiləri Qaradağlıya aparan hərbi vertolyota Alı Mustafayevin reportyor qrupu son anda özünü yetirir.

O, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam
rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olmuşdur.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov mərasimdə çıxış edərək şəhid jurnalist Alı Mustafayevin həyatı və fəaliyyəti barədə danışıb. Qeyd edib ki, A.Mustafayev Qarabağ münaqişəsi başlayandan cəbhə bölgəsindən reportajlar hazırlamış, daim ön cəbhədə olaraq öz jurnalist fəaliyyətini peşəkarcasına yerinə yetirmişdir. Öz vəzifə borcunu ləyaqətlə yerinə yetirən Alı Mustafayev “İlin ən yaxşı jurnalisi” və respublikanın əməkdar jurnalisti fəxri adlarına layiq görülüb.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Böyük Vətən Müharibəsi Veteranı Xanqulu Süleymaanov, şair Ələddin İncəli, şəhidin tələbə yoldaşlarından telejurnalist Qərənfil Xəlilova, AzTv-nin əməkdaşı Mirzə Yusifov, "Xalq" qəzetinin bölgə müxbiri İlqar Həsənov, Məhəmməd Orucov, əməkdar jurnalist Sərhəd Məmmədov, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl, şair Kazım Kazımlı və başqaları çıxış edərək A.Mustafayevlə bağlı olan xatirələrindən söz açıb, yazdıqları şeirləri oxuyublar.
Milli Qəhrəmanın həyat yoldaşı Lalə xanım və oğlu Tural Mustafayev çıxış edərək Alı Mustafayevin xatirəsinə göstərilən hörmət və ehtirama görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qazaxbəyli kənd tam orta məktəb şagirdləri Alı Mustafayevin şeirlərini söyləyiblər. Sonra tədbir iştirakçıları Milli Qəhrəmanın ata evinə baş çəkiblər.

Elçin İsmayıl.
Qazaxda çıxan “Göyəzən” qəzetinin baş redaktoru


Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə bulaq abidə kompleksin açılışı olub
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə bulaq abidə kompleksin açılışı olub
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə bulaq abidə kompleksin açılışı olub
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə bulaq abidə kompleksin açılışı olub
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə bulaq abidə kompleksin açılışı olub
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə bulaq abidə kompleksin açılışı olub
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə bulaq abidə kompleksin açılışı olub


Facebook-da paylaş