VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Ağdaşda qohumlar arasında kütləvi dava baş verib – TƏFƏRRÜATLAR – VİDEO

Ağdaşda qohumlar arasında kütləvi dava baş verib –

Ağdaşın Məşəd qəsəbəsində, qaraçılar yaşayan məhəllədə qohumlar arasında kütləvi dava baş verib.

Xezerxeber.az-ın məlumatına görə, bir-biri ilə qohum olan qadınlar arasında baş verən davada müxtəlif dərəcəli bədən xəsarətləri alan 16 yaşlı Fidan Quliyeva, 39 yaşlı Ülkər Quliyeva , 53 yaşlı Şəhla Quliyeva ,36 yaşlı Rövşanə Süleymanova , 19 yaşlı Gülcan Süleymanova və 16 yaşlı İzzət Qasımov Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi xəstəxanada saxlanılıb, qalanları evə buraxılıb.

Ramilə Süleymanova deyir ki, qarşı tərəf qızını diləndirməyə məcbur edib. O dilənmədiyi üçün isə döyüblər.

Bu hadisədən sonra onlar qızın boşanmasını tələb ediblər. Məhkəmənin qərarı ilə bu günlərdə boşanan oğlan və qızın anaları arasında dava cehizlik əşyaların geri qaytarılması ilə bağlı olub. Mübahisəyə digər qadınlar da qoşulub və onlar bir-birlərinə daş, küt alət, yumruqla zərbələr endirməklə xəsarət yetirib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Facebook-da paylaş