VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Sərnişinin başında şüşə qırdılar

Sərnişinin başında şüşə qırdılar

Beynəlxalq xəbər agentlikləri məlumat verir ki, Amerikanın Delta Hava Yollarının Seattle-Pekin reysini həyata keçirən sərnişin təyyarəsində kuryoz olay yaşanıb.

23 yaşlı Yoesef Daniel Hudek adlı sərnişin, Being-767 təyyarəsinin qapısını açmaq istəyərkən ekipaj heyəti və sərnişinlər tərəfindən güclə saxlanıb.

Səlahiyyətlilər Hudekin digər sərnişinlər tərəfindən döyüldüyünü və başında şərab şüşəsi sındırıldığını bildiriblər. Təyyarədə baş verən dava zamanı 2 sərnişin və bir qadın ekipaj üzvü də yaralanıb.

Kanada səmasında olarkən baş verən bu hadisə səbəbindən təyyarə Seattle-Tacoma Beynəlxalq Hava limanına təcili eniş edib.

Davaya səbəb olan sərnişinlər Hava limanında polislər tərəfindən həbs olunublar.


Facebook-da paylaş