VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



13 yaşlı iki qız zorlandı, hamilə QALDI, sonra... - 49 yaşlı kişidən İYRƏNC HƏRƏKƏT - FOTO

13 yaşlı iki qız zorlandı, hamilə QALDI, sonra...

Türkiyənin İzmir vilayətinin Kiraz şəhərində 4 aylıq hamilə T.K.ilə 8 aylıq hamilə M.A.-ya təcavüz etmiş şəxslər DNT testi ilə müəyyənləşdiriləcək. Təcavüzə məruz qalmış qızların ikisi də 13 yaşdadır.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, Kiraz sakini, 2 övlad atası olan 49 yaşlı M.A. 4 ay əvvəl 6-cı sinif şagirdi, 13 yaşlı T.K.-nın anası evdə olmayanda qızı zorlayıb. O, qızın ağzını tutaraq deyib: "Bunu kimsəyə demə. Səni alacağam. Bir adama desən, öldürərəm".
T.K.-nın hərəkətlərindən şübhələnən nənəsi onunla danışıb və hər şeyi öyrənib.

13 yaşlı iki qız zorlandı, hamilə QALDI, sonra...

Xəstəxanaya aparılan T.K.-nın hamilə olduğbu aşkarlanıb. T.K. və ailəsi uşaq istəməyincə prokurorluq qızın abort edilməsinə qərar verib.
Ege Universitetinin tibb fakultəsinin xəstəxanasına yerləşdirilmiş T.K. bu həftə abort olunacaq.

Həbs olunmuş M.A. ittihamları rədd edib. Bu səbəbdən T.K.-nın bətnindəki körpənin atasının kimliyini dəqiqləşdirmək üçün DNT testi aparılacaq.
Kirazda yaşayan 13 yaşlı M.A. da ürəkbulanmasından şikayətləndiyi üçün aparıldığı xəstəxanada müayinə ediləndə qızın hamilə qaldığı aşkarlanıb. M.A. hamiləliyin 8-ci ayındadır.

Jandramda ifadə verən M.A.-nın dediyinə görə, Y.K. adlı 28 yaşlı kişi onunla bir neçə dəfə cinsi əlaqədə olub.
İzmirdən 142 km uzaqdakı Kirazda azyaşlı qızlara təcavüz nazir hal deyil. Burada 12-16 yaşlı qızların qaçırılmaları adi hal sayılır.


Facebook-da paylaş