VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Azərbaycanda ilk dəfə üçqat bioenerji, vibrasiya, inqalyasiya, zənginləşmiş su və qidalarla qocalmanın ləngidilməsi

Azərbaycanda ilk dəfə üçqat bioenerji, vibrasiya, inqalyasiya, zənginləşmiş su və qidalarla qocalmanın ləngidilməsi

Hər bir işi başlamazdan əvvəl onun insanlar üçün verə biləcəyi faydanı hiss edəndə daha da məsuliyyətli, diqqətcil olamaq ön plana çəkilir. Belə bir eksklyuziv duyğunun təsiri altında elektron mənbələri, ədəbiyyatları ələk-vələk edərək yorulmadan, usanmadan apardığın tədqiqatlar nəticədə sənin düz yolda olduğunu ortaya qoyanda, doğrudan da bu günədək hazırlananlardan daha mükəmməl, qədim və dəqiq hesablamalara söykənən ölçülərə malik, analoqu olmayan bir qurğunun tikintisinə başlamaq böyük risq tələb edir. Nəticənin zərrə qədər də olsa şübhə altına alındığı anlar olanda ümidsizlik baş qaldırır və işdən soyuyursan.
Beş metr yarım hündürlükdə, 16 kvadrat metrlik bir tikintidə bir ədəd də olsa metal materialdan hətta kiçik bir mismardan belə istifadə edilməmişdir. Ekoloji təmiz ərazi kimi Mehtiabad qəsəbəsi seçilmiş, oranın güclü küləkləri də tikintidə nəzərə alınmışdır. Qapı-pəncərələrin bütün hissələri, hətta arı yeşikləri və ramkalar mismarsız düzəldilib. Tikintinin qeyri-adi tələbləri, piramidanın enerjisinin itirilməməsi məqsədini daşıdığı üçün orada işlənən materialların hamısı kapron mismar və ya ən müasir yapışqanlarla birləşdirilmişdir.

Bu işə bir il vaxt sərf edilmişdir. Tikintinin ən xırda detallarının böyük səbrlə quraşdırılmasında sonadək zəhmət çəkmiş hərtərəfli, mükəmməl ustalıq qabiliyyəti olan Cəmşid Rzayevə, oğlanlarıma, qurğunun yaranmasında zərrəcə, sidq ürəkdən, təmənnasız köməyi olanlara minnətdarlığımı bildirirəm.
Azərbaycanda riyaziyyat sahəsində öz layiqli sözünü demiş, ömrünün ahıl çağında arıçılıqda yüzlərlə səmərələşdirici üsulların müəllifi olan Fazil Təhməzovun yaxından köməyi və xeyir duası ilə başladığımız bu iş uğurla başa çatdı. Artıq piramida, üzərində yataq qurulmuş arı pətəyi və tənəffüs üçün üstundə kiçik piramida hazırlanmış pətək inqalyator fəaliyyətə başlamışdır.

PİRAMİDA, ARI PƏTƏYİ TAXTI VƏ İNQALYATORU

"Piramida, arı pətəyi taxtı və inqalyatoru" bal arısı, onun şəfaverici məhsullarının uçucu xüsusiyyətlərinə istinad edən, onu piramida və arı ailəsinin enerji sahəsinin ikiqat təsiri ilə tamamlayan möcüzəli müalicə üsuludur.
Bu günədək ölkəmizdə tətbiq edilməyən dərmansız müalicənin tam təbii üsulunun necə həyata keçirilməsi yollarından bu qurğuda istifadə edilir. Burada arı ailəsi və məhsullarının şəfaverici xüsusiyyətlərinin həm ilahi, həm də xalq təbabətinə əsaslanan qaydalarının tətbiqi müvəffəqiyyətlə həyata kecirilir.
"Piramida, arı pətəyi taxtı və inqalyatoru"nun enerjetik, bioloji və tibbi xüsusiyyətlərindən tam faydalanmaq üçün uzun illərin hesablamarı və təcrübəsi köməyimizə çatmışdır.

25 ildən çox fitoterapiya, apiterapiya və arıçılıq təcrübəsi olan müəlliflərin təklif etdiyi müalicə üsulu əvvəlkilərdən tamamilə fərqlənir. Belə ki, çiçək tozcuğunu, güləmi, ana və erkək arıların yemləndiyi südü, möhürün yalnız təbii formalarını qəbul etmək deyil, həm də onların buxarları ilə tənəffüs edərək 1,5-2 saatadək piramidanın yüksək bioenerjisi və arı ailəsinin aktivliyindən yaranan enerji və vibrasiyanın təsiri altında qalmaq orqanizmin bərpasına nail olmağın ən unikal formasıdır. Ustəlik yeşiklərin birindən çıxan hava seli piramidal enerji zənginləşməsindən sonra inqalyasiya edilir.
"Piramida, arı pətəyi taxtı və inqalyatoru"ndan istifadə, arı ailəsi ilə mehriban rəftar və arıxanada, müalicə taxtında davranış qaydaları açıqlanmaqla xəstələrin müalicə dövrü rastlaşa biləcəyi xoşagəlməz halların aradan qaldırılmasına yardım etməyə çalışırıq.

Şəfaverici piramidalar

Sirləri hələ də tam açılmamış Misirin Xeops və digər piramidaları, eləcə də Amerika, Çin, Meksika, İngiltərə (Stoyxec), Kanar adalarındakı piramidalar min illər bizdən əvvəl qurulmuşdur. Ehtimallar var ki, bu müəmmalı piramidalar elmi cəhətdən çox inkişaf etmiş digər sivilizasiyaların nümayəndələri tərəfindən Günəş və qalaktikanın müəyyən qanunauyğunluqlarına nəzərən dəqiq hesablamalar əsasında tikilmişlər. Fironların dördüncü sülaləsi dövründə təkamül etmişlər və naməlum səbəbdən tənəzzül etmişlər. Tikintilərin yerinə yetirilməsi bacarığı və texnologiyası müasir sivilizasiyaya sirr olaraq qalır.

Azərbaycanda ilk dəfə üçqat bioenerji, vibrasiya, inqalyasiya, zənginləşmiş su və qidalarla qocalmanın ləngidilməsi
Azərbaycanda ilk dəmirsiz düzgün piramida tikintisi

Qeyd edildiyi kimi yer kürəsində kifayət qədər çox piramidalar qurulmuşdur. Onların ölçüləri müxtəlifdir. Lakin bütün piramidaların ümümi bir cəhəti var. Hamısının oturacaqlarının düzgün dördbucaqlı formasında (kvadrat) olması, hündürlük və oturacağın uzunluqlarının qızıl nisbətə (qızıl orana) uyğun qurulmasıdır.
Elmdə ümumi qanunauyğunlar kifayət qədərdir: qravitasiya sabiti, çevrə uzunluğunun diametrə nisbəti, natural loqarifmin əsası olan E ədədi ( E ədədinin sabit olması müxtəlif üsullarla sübut edilmişdir), avaqadro ədədi və digərləri. Görünür ki, piramidaların yan üzlərinin oturacaq bucaqlarının 1 radiana bərabər olması hələ o vaxtlar yüksək sivilizasiyaya məlum olmuşdur. Qədim məxluqlar, yaxud müasir sivilizasiyalar bu piramidalarla yerlə kainat arasında əlaqə yaratmışlar. Piramidal enerjinin hündürlüyü yüz və daha çox kilometr yüksəyədək catmış olur.

Aktivliyini (fəallığını) dövrü olaraq dəyişən enerji piramidanın təpəsindən (pik) çıxaraq yüksəlir. Piramidanın hündürlüyü üç hissəyə bölünür. Onun yuxarı (;) hissəsində-intervalında şüalanma, bəlkə enerji daha güclü olur.
Piramidalar şəfavericidir. Bu məqsədlə onların bir sıra xüsusiyyətlərini nəzərə alaraq, kiçik modellərini qurmaqla cox unikal, həm də sadə qurqular tikmək olar.
Tərəfimizdən hazırlanmış "Piramida, arı pətəyi taxtı və inqalyatoru" bir sira xəstəliklərin dərmansız aradan qaldırılmasında, həmçinin profilaktik sağlamlaşdırıcı tədbirləri həyata keçirməkdə böyük müvəffəqiyyətlə tətbiq olunur və qocalmanın qarşısı alınır. Bu qurgularda piramidanın və arı pətəyinin şəfaverici xüsusiyyətlərindən birgə istıfadə olunduğuna görə yüksək nəticələr əldə olunmuşdur.

Müəyyən olunub ki, dərman bitkiləri, ərzaq, su və digər əşyaların "Piramida, arı pətəyi taxtı"na qoyulması onların şəfaverici xüsusiyyətlərinə müsbət təsir edir, sanki həmin ərzaqlarda müsbət yüklənmə yaranır.

Piramida və arı pətəyi taxtı

Ölkəmizdə, eləcə də yaxın-uzaq xarici dövlətlərdə hazırlanmış piramidaların, arı pətəyi taxtları və ya yeşik havasının inqalyatorlarının quruluş forması müxtəlif olsa da, iş prinsipi eynidir. İnsan orqanizmi arı ailələrinin bioloji enerji sahəsi və piramidanın yaratdığı təbii enerjinin ikiqat təsir sahəsində birbaşa kontaktda (əlaqədə) olmaqla hüceyrə səviyyəsində itirilmiş enerjinin bərpasına məruz qalır. Belə ki, arı pətəyinin üstündə düzəldilmiş taxtın üzərinə təbii ki, müəyyən qaydalara əməl etməklə uzanan insan müxtəlif müalicəvi fayda alır, sanki orqanların itirilmiş funksiyaları yenidən fomat olunur:

Azərbaycanda ilk dəfə üçqat bioenerji, vibrasiya, inqalyasiya, zənginləşmiş su və qidalarla qocalmanın ləngidilməsi
Misir piramidaları

-arıların ana təbiətdən seçərək gətirdiyi 100-dən çox çiçəyin nektarı pətəkdə işlənərək bala çevrilir. Bu zaman nektarın buxarlanmasından ayrılan qoxu və sərt iyli uçucu maddələrin təsiri,
-bitkilərin tumurcuqlarından, ağacların gövdə və zoğlarından arıların topladığı qətranlı maddə, bərəmuma (propolisə) çevrilən vaxt ayrılan fitonsidlər, efir yağları və 200-dən çox orqanik birləşmələrin buxarının tərkibindəki ətirli maddələrin təsiri ,
-mum istehsalı zamanı ayrılan 300-dən çox təbii birləşmələrin qoxusu,
-arı südünün (təbiətin hələ tam öyrənilməmiş) istehsalı zamanı cavan işçi arıların ayırdığı süd qoxusunun təsiri,
-arı zəhərinin özünəməxsus iy təsiri,
-çiçək tozcuqlarının güləmə çevrilməsindən ayrılan 100-dən çox çiçəyin müxtəlif ətir və qoxusunun təsiri,
-pətəkdə 60-70 mindən çox arının yaratdığı bioloji enerji sahəsinin və incə vibrasiyanın müəyyən radiusda etdiyi müsbət təsir. Ana arı matrisası (qəlibi) kainatın vahid informasiya dairəsinə daxildir ki, bu da onun vahid bir varlıq kimi ətrafındakılara müsbət energetik təsirini şərtləndirir.
-pətəkdə arıların yaratdığı 36-370C-lik temperatur və optimal nəmlik ostexondroz, radikulit, revmatizm, artrit, podaqra (maddələr mübadiləsinin pozulması nəticəsində oynaqda əmələ gələn ağrılı qüsur) xəstəliklərinə müsbət təsir göstərir.
-arı pətəyindəki biosahənin energetik təsiri ilə insan orqanizminin biosahəsinin gücü müvafiq prosedurlardan sonra 5 dəfə arta bilir.


Nəticədə hazırlanmış "Piramida, arı pətəyi taxtı və inqalyatoru"nun ətrafında toplanan yuksək enerğetik, vibrasion təbii və kimyəvi təsirlərin məcmusundan yaranan müsbət aura tərəfimizdən təklif edilən sağlamlaşdırıcı kursa inamlı şəkildə dəqiq əməl olunduqda insanın sağlamlığı üçün möcüzəvi bir stimul yaradır. Bu yaranış dönməzdir, hec bir konservativ, enerğetik və digər üsullara bənzəməyən bir variantdır ki, onu insan əli və zəkası yarada bilməz. Yaradanın hökmü ilə arılara verilmış bir sıra üstün qabiliyyətlərdən faydalanma üsuludur. Çətin məqamda insanlara kömək etmək məqsədi ilə tikilmiş bu sadə qurğunun -"Piramida, arı pətəyi taxt və inqalyatoru"nun Sizə sağlamlıq kimi əvəzolunmaz bir sevinc bəxş edəcəyinə inanırıq.

Biomodul (Biodəyişmə)

Biomodul-insanın "Piramida, arı pətəyi taxtı və inqalyatoru"unda olarkən məruz qaldığı təsirləri müəyyən edən terapiya sahəsidir. 2008-ci ildə biomodulun ürək damar, nəfəs yolları, sümük-əzələ, vegetativ-əsəb, neyro-hormonal sistemə təsirini öyrənmək üçün müasir aparatlarla müşahidələr aparılmış və müsbət nəticələr alınmışdır:

Azərbaycanda ilk dəfə üçqat bioenerji, vibrasiya, inqalyasiya, zənginləşmiş su və qidalarla qocalmanın ləngidilməsi
Düzgün piramidanın karkası

-aeroterapiya (nektar-bal, çiçək tozcuğu-güləm, mum istehsalı, qətranlı maddə-bərəmum (propolis) və digər çevrilmələrdən ayrılan maddələrin təsiri,
-arı sürfələri yemlənərkən ayrılan arı südünün qoxusu-ətiri,
-arı zəhərinin qoxusu-ətiri,
-arı ailələrinin və insan orqanizminin cox yaxın olan bioenergetik təsiri,
-arıların yaratdığı sinxron səslərin özünəməxsus energetik fəza yaratması,
-pətəkdə nəmliyin və temperaturun (36-37) "Sauna" effekti yaratması,
-arı ailələrinin və insan orqanizminin temperaturunun eyni olması uyğun istilik balansının yaranması,
-arı ailəsinin bioenergetik informasiya sahəsinin müəyyən radiusda təsirinin olması,
-arı pətəyindən ayrılan mikrovibrasiyanın hüceyrələrə təsiri,
-toplanmış mənfi yüklü ionların arılar yem dalınca uçarkən pətəkdən uzaqlaşdırılması,
-arıların bədən tüklərinin müsbət elektrik yükü ilə yüklənərək yuvaya daşınması,
-arı pətəyinin və piramidal enerjinin birləşməsi,
-"Piramida, arı pətəyi taxtı və inqalyatoru"nun yuxarı hissəsidaxil olmaqla bütün ölçüsünün qızıl nisbətdə (qızıl oran) bölünməsi,
-biomodulda bioenergetik-informasiyanın birləşməsi,
Bütün sadalananların hesabına təklif etdiyimiz bu qurğunun"Piramida, arı pətəyi taxtı və inqalyatoru" nun müsbət terapevtik təsiri yaranır.

Arı pətəyində yeni strukturlu su hazırlanması

Arıların enerji-informasiya sahəsinə qoyulan su bir müddətdən sonra yüklənir və adi sudan fərqlənən müsbət keyfiyyətlərə malik yeni, müəyyən quruluş (struktur) alır. Bu məqsədlə bulaq suyu ağzı ağ kağızla bağlanmış şüşə balonlarda sağlam və güclü arı ailəsində (adətən pətəyin 2 və ya 3-cü mərtəbələrində) 1 sutka saxlanılır.

Azərbaycanda ilk dəfə üçqat bioenerji, vibrasiya, inqalyasiya, zənginləşmiş su və qidalarla qocalmanın ləngidilməsi
Piramidanın mismarsız dam örtüyü

Ədəbiyyatlarda rastlaşdığımız adları və hazırlanma üsulları müxtəlif olan "canlı su" məhfumu təklif etdiyimiz müəyyən quruluş almış su kimi hər hansı bir mənbədən gələn enerji ilə yüklənmiş olur. Üstün cəhət burasındadır ki, pətəkdə hazırlanmış bu suyu yaradan enerji bizim orqanizmimizə uyğun gələn, canlı aləmin üzvləri olan arıların yaratdığı eyni parametrli enerjinin təsirinin məhsuludur.

Bu sudan hər məqsəd üçün istifadə etmək olar: içmək, çay qaynatmaq, yemək hazırlamaq, dərman bitkilərini dəmləmək, əl-üz yumaq, yuyunmaq, müəyyən prosedurlar almaq, ev heyvanlarına və quşlara su vermək, dipçək, dirrik və kicik bostan bitkilərini suvarmaq və s.
Arı ailəsi mükəmməl, tam, bütöv və konkret missiyanı yerinə yetirmək üçün yaranmış varlıqdır. Onlar vahid dünya sisteminin bir hissəsidir. Arı ailəsi sisteminə daxil olan hər şey, eləcə də hər kəs bu aləmin tərkib hissəsinə çevrilir. Müxtəlif cəhətləri ilə öyrəndiyimiz bal arılarının niyyəti pozitiv (müsbət) olduğu üçün biomodulda da nəticə pozitiv olur.

Azərbaycanda ilk dəfə üçqat bioenerji, vibrasiya, inqalyasiya, zənginləşmiş su və qidalarla qocalmanın ləngidilməsi
Piramidada arı pətəklərinin üstündə yataqlar

Hündürlüyü və oturacağının uzunluğu qızıl nisbətdə bölünmüş düzbücaqlı piramidanın içərisində 24 saat saxlanılmış su da müəyyən müsbət quruluş almış olur. Şüşə balonlarda piramidanın 5:8 nisbətində oturacaqdan yüksək səviyyədə su, dərman bitkiləri, müxtəlif ərzaqları, hətta alüminium falqanı saxladıqda müalicəvi effektə malik olur. Ərzaqların piramidada və ari pətəyində müsbət enerji ilə yüklənmələri nəticə etibarı ilə eynidir.

Məkkə Yer kürəsi meridianının "qızıl oran" nöqtəsində yerləşir. Maraqlıdır ki, dünyada tayı bərabəri olmayan Zəm-zəm suyu da Məkkədə yerin altından çıxır. Haqqında bəhs etdiyimiz "müəyyən quruluş almış su" da bizdə yalnız Zəmzəm suyu haqqında təsəvvür yarada bilər. Araşdırıldıqda hər iki suyun göstəriciləri və yaranma səbəbləri eynidir. Deməli müqəddəs ərazidə yerin təkindən axıb gələn Zəmzəm suyu "müəyyən quruluş almış su" şəklində insanlara bəxş edilir. Ondan istifadə edən hər kəs Zəmzəm suyunun şəfaverici xususiyyətini duymuşdur. Bu bizə möcüzə kimi görünən həqiqətdir. Ən doğru həqiqət kainatın tamlığı və bütövlüyünün məcmusu olan ilahi həqiqətdir. Dünyanın sirri açılmayan hadisələri zaman- zaman ayrı- ayrı məkanlarda özünü biruzə verərək insanların dadına çatir. Bu suyun istifadəsi də bizə verilən bəxşişdir.

Piramida və arı pətəyi inqalyatoru

"Piramida, arı pətəyi taxtı və inqalyatoru" arı ailəsinin 2-ci mərtəbəsi səviyyəsində yerləşdirilmiş yatağın bərabərində qurulmuş piramidadan ibarətdir. Piramida elə hazirlanmalıdır ki, onun yaratdığı enerji mərkəzi birbaşa yatağın yastığı səviyyəsinə bərabər olsun. Bu düzbucaqlı düzgün piramida "qızıl oran"a uyğun formada hazırlanmışdır. Piramidanın oturacağı və hündürlüyü qızıl nisbətdə bölündüyü üçün onun yaratdığı enerji kainatın bioenerji informasiya sisteminin bir hissəsinə çevrilmiş olur. Arı ailəsinin yeşikdən buxarlanan hava seli kiçik piramida enerjisi ilə zənginləşərək birbaşa inqalyasiya vasitəsi ilə tənəffüs etməklə ikiqat terapevtik təsirdən faydalanırıq.

Azərbaycanda ilk dəfə üçqat bioenerji, vibrasiya, inqalyasiya, zənginləşmiş su və qidalarla qocalmanın ləngidilməsi
Azərbaycanda piramidayabənzər tikintilər - “Koroğlu” metro stansiyası

"Piramidal arı pətəyi taxt"ında təmasda olma qaydaları

"Piramida, arı pətəyi taxtı və inqalyatoru" Sizə unikal (nadir) sağlamlıq imkanı verir. Ondan istifadəyə başlayarkən qoyulmuş qaydalara ciddi əməl edilməsi məsləhətdir:
-"Piramida, arı pətəyi taxtı və inqalyatoru"una girən şəxs əvvəlcədən çimməli, əl-üzünü, ayaqlarını yumalıdır. Möminlər yaxşı olar ki, həm də dəstəmaz alsınlar.

Azərbaycanda ilk dəfə üçqat bioenerji, vibrasiya, inqalyasiya, zənginləşmiş su və qidalarla qocalmanın ləngidilməsi
Piramidanın şərqdən görünüşü

-ətirlərdən və ətirli məhsullardan (sabun, məlhəm, krem) istifadə edilməməlidir.
-təmiz, pambıq parçadan hazırlanmış paltar geyinilməlidir.
-saat, broslet və digər metal əşyalar çıxarılıb uzaqlaşdırılmalıdır.
-mobil telefonlar söndürülüb 1,5-2 metr kənara qoyulmalıdır.
-seansdan əvvəl, ümumiyyətlə müalicə kursu müddətində spirtli içki qəbul edilməməlidir.
-arı ailəsi ilə xoş münasibət yaradılmalıdır (ruhi, mənəvi və fiziki formada),
-arxası üstə, əllər yana uzanır, əl pəncələri aşağı, dizlər azca bükülür, ayağın alt pəncəsi taxtın üstünə düşməlidir.
-özünüzü sərbəst hiss etməklə, sizə fiziki və mənəvi sağlamlığın verilməsini yaradanızdan təvəqqe etməlisiniz.
-bu vəziyyətdə tam sərbəstləşərək 20 dəqiqə dayanmağa çalışın.
-yaxşı olar ki, zikr və dualar edəsiniz.
-mürgüləmək istəsəniz, arılar sizin fiziki və mənəvi rahatlığınızı təmin edəcək, Sizi dərin yuxu aparacaq.
-yerinizdən tərpənərkən ən rahat vəziyyətdə uzanın, amma əl və ayaqlarınızı çarpazlaşdırmayın, əlləri daraq edib boyunun arxasına qoymayın.
-yuxudan ayılarkən tez qalxmayın, yataqdan tələm - tələsik ayrılmayın.
-taxtda 5-10 dəqiqə oturun. Arı pətəyinin bioenerjisi sizi tam müalicə edib, isitsin. Sonadək arı ailəsinin müsbət aurasının əhatəsində olmağınızı davam etdirin.
-arıçı ilə həmsöhbət olun.
-arıçıya və arılara ayrılarkən sidq qəlbdən minnətdarlıq edin, xeyir-dua verin.
-növbəti seansadək bu unikal (qeyri- adi) arılar aləmindəki əlaqəni tez-tez xatırlayın (bu sizin şəfa tapmağınıza kömək edər),
-əgər sizə arıçı-apiterapeft arı məhsullarından istifadə etməyi məsləhət görərsə, dəqiq əməl edin.
-son seansda arı ailəsinin müalicə musiqisini yazıb özünüzlə evinizə götürün. Arılar sizin üçün məxsusi olaraq son vida melodiyası oxuyub. Bu melodiya müalicədən sonrakı dövlərdə növbəti ilin kurslarınadək ehtiyac olduqda cox yaxçı köməyinizə çatacaqdır.


Bu qaydalar mütəxəssis və apiterapistlərin çoxillik təcrübələri, müəyyən mənada üstün duyumu və müşahidələri nəticəsində hazırlanmışdır.

Biomodulda ünsiyyətin yaradılması

Adətən ilk dəfə arıxanada olan adam aşağıdakı sualları verir:
-Siz də arıdan qorxursunuz ?
-Sizi də arılar sancır ?
-Sizi bir gündə neçə arı sanca bilər ?
-Bəs arılar sizi tanımır ?
-Sizi də arılar sancanda ağrıdır ?
-Sizin arıxanada neçə arı ailəsi var ?
-Arıxanada gördüyünüz bu qədər işləri necə çatdırırsınız ?
-Biomodulda neçə seans qəbul etmək lazımdır ?
-Doğrudanmı "Biomodul" şəfavericidir?


Bu sualları verməklə ilk dəfə arıxanaya gəlmiş insanlar onları düşündürən, anlaya bilmədikləri proseslərə aydınlıq gətirmək, heç cürə gizlədə bilmədikləri qorxu hisslərindən tezliklə yaxa qurtarmaq itəyirlər.

Bu prosesi tezləşdirmək və cavablarla cox məşğul olmamaq məqsədi ilə arıxanada həmin dövrdə "şəffaf pətək" hazırlamaq məsləhətdir.
Arıxanada ön və yan tərəfləri şüşədən olan pətək hazırlanır. "şüşəli" pətəyə təəccüb və maraqla baxan adamlar tez adaptasiya edir (uyğunlaşır). Biologiya dərsliklərində, sosial şəbəkələrdə, internetdə və həyat təcrübəsində əldə etdikləri bilikləri ümumiləşdirərək arı ailələrinin öz qanunauyğun aləmi olması qənaətinə gəlirlər. Yəqin edirlər ki, bal arısı aləmi kainatın ayrılmaz, həm də ən vacib, zəruri bir hissəsidir. Özünün ilkin yaradılışından bu möcüzəli canlılar müəyyən edilmiş xeyirxah missiyanı yerinə yetirir. İnsanlara dünyanın ən unikal qidasını və müalicəvi məhsullarını təbiətdən toplayıb verməklə öz qısa ömürlərini Yaradanın hökm etdiyi zamanda şərəflə basa vurmaq. Kaş bütün insanlar da belə xeyirxah əməllərə sahib ola biləydi...

Məsləhət bilinməyən hallar

Bu usulla müalicə zamanı düzgün seçim etmək lazımdır. Heç də bütün xəstəliklərin şəfasını burda axtarmaq düz olmaz. Bir sıra hallarda taxtdan və ya inqalyatordan istifadə edilməsi məsləhət görülmür;
-allergiyalar, onkoloji xəstəliklərin son dövrləri, baş beyin şişləri, ağır vərəm, epilepsiya (özündən getmənin bir forması), müxtəlif mənşəli infeksiyalar, yüksək hərarət, böyük ölçülü öd və böyrək daşları, yüksək arterial təzyiq, kəskin ürək çatışmamazlığı, salmonellyoz, kəskin mədə bağırsaq pozulmaları.

Müəllifdən

İmkanı, vaxtı və bacarığı olan hər bir kəsi arı saxlamağa dəvət edirik.Bizim arı məhsulları ilə məşğul olmağa dəvətimiz ölkəmizin inkişafına öz töhvəsini vermək, iqtisadi durumunu yaxşılaşdırmaqla bərabər vətəndaşlarımızın təbiətə yaxınlıq, sağlam həyat tərzi, ömrün uzadılmasına kömək məqsədi daşıyır. Arılara viçdanlı, xəyanətsiz, xələllik qatmadan göstərilən xidmətin böyük ruzi bəxşeyişi olur. Bu əvəzsiz hədiyyə ətrafımızda olan, aylarla duyub, hişş edib sona çatdıra bilmədiyimiz milyonlarla çiçəyə qonaraq hər birindən min ətirdə, min bir dadda zərrə-zərrə toplanan qızıl maye, halal təmiz baldır. Onun hər damlasında Yaradanın hökmünün içra məsuliyyəti, milyonlarla şəfaveriçi təsirə malik xeyirli maddələrin toplusu çəmlənmişdir. Məhz ona görə də təmiz balın da, onun istehsalçısının və istifadəçisinin də saflığı və sağlamlığı əsas şərtdir.

Oxucularımıza təbii formada bal, tozcuq, arı südü, arı çörəyi, bərəmum, mum, arı cəsədi, mum guvəsi sürfələrinin cövhəri və digər arı məhsullarının müxtəlif xəstəliklərin müalicəsində tətbiqi məqsədi ilə lazım olan məhsulları əldə etmək, "Piramida, arı pətəyi taxtı və inqalyatoru" ilə sağlamlaşmaq, həmçinin arı saxlamaq, ona qulluq etməkdə məsləhətlər lazım olarsa bizə müraciət edə bilərlər.


Azərbaycanda ilk dəfə üçqat bioenerji, vibrasiya, inqalyasiya, zənginləşmiş su və qidalarla qocalmanın ləngidilməsi
Möhübbət Qurbanov
Əlaqə telefonları:
(050) 335-17-58
(055) 635-17-58
Elektron ünvan:[email protected]


Facebook-da paylaş