VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Onları susdurmaq lazımdır

Onları susdurmaq lazımdır

Radikal dini qruplaşmalar Azərbaycanda da baza yaratmağa cəhd edirlər. Bu cəhdlərin qarşısını almaq üçün gənclər arasinda geniş təbliğat aparmaq lazimdir. Terrorçuluğa qarşı təsirli mübarizənin aparılmasinda əsas məsələlərdən biri də təhsildir, çünki terror təşkilatları savadsiz şəxslərdən istifadə edirlər. Onlar oxuya və yaza bilməyən gənclərdən istifadə edirlər və onlarin beyinlərini necə deyərlər "doldururlar", təbliğat aparırlar, və bəzi dini cərəyanlar işsizlik və insanlarin sosial psixoloji vəziyyətindən istifadə edərək gənc nəsli səhv yola çəkirlər. Ölkədə insanlari bu işə cəlb edən şəbəkə mövcuddur.

Azərbaycandan Suriyaya gedənlər çoxdur. Hər kəsi ora qəbul etmirlər. Lap getdin, orda kimə qoşulacağını bilmək lazimdir. Könüllü kimi döyuşə cəlb olunanlari əvvəlcə öyrədirlər. Bu işi görənlər arxasinda ya xarici ölkələrin xüsusi xidmət organları ya da terror şəbəkəsi dayanır. Azərbaycandan Suriyaya gedənlər nə Islama, nə də dövlət qaydalarina əməl edirlər, çünk çirkin siyasi məqsədlər üçün günahsız insanlara qarşı törədilən qanlı faciələrin heç bir izahı yoxdur.

Əvvelcə qeyd etdiyim kimi, onlar savadsiz şəxslərdən istifadə edirlər. Axı savadsız insanın dünyagörüşü məhdud olur və onu asanlıqla mərkli oyunlara cəlb edib "siyası alətə" çevirmək asandır, digər tərəfdən sosial problemlər qarşısında duruş gətirməyən iradəsi zəif və maddiyata hər şeyi satan mənəvi əxlaqsızları "Vətən" anlayışından uzaq məzluq kimi belə iyrənc işlərə çəkmək mümkündür, digər tərəfdən də, terrorçu təşkilatlar və xüsusi xidmət orqanları adamlar "işləməyi" bacardığından hər kəsin "Axilles dabanını"- ən zəif yerini tapa bilir, və ondan sui-istifadə edeərək öz planlarına uyğun şəbəkəyə cəlb edə bilirlər.

Terror təşkilatlari cəmiyyətdəki bütün çatişmazliqlardan istifadə edirlər və öz cərgələrinə mümkün qədər çox insani cəlb etməyə calışırlar. Niyə Azərbaycan oğlu Suriyada vuruşur?, qoy Qarabağda oz torpaqlarimız uğrunda vuruşsun. Cihad adı altında naməlum qüvvələrlə naməlum məkanda naməlum hədəfə atəş açmaqdansa, işğal altında olan torpaqlar uğuruinda vuruşmaq və şəhid olmaq həm Vətən, həm Allah, həm xalq qarşısında, həm də Tarix qarşısında borcu şərəflə yerinə yetirmək olardı. Yoxsa Suriyaya gedib Allaha ən yaxın olub insan idrakına Allahı ən yaxşı təqdim edən ulu Nəsiminin məqbərəsini dağıtmaq nə dərəcədə Allah iş ya savab sayılır ki?!

Tarixdən və müasir dövrdən bilirik ki, istənilən bir ölkə nə qədər güclü olsa belə, təkbaşına terrorçuluğa qarşı təsirli mübarizə apara və terror aktlarinda yuz faiz sogortalana bilməz. Əlavə etmək istərdim ki ,AR CM-nin (Terrorçuluq) 214-cü maddəsi ilə 14 ildən 20 ilədək müddətə azadliqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılracaq.

Onları susdurmaq lazımdır
Samirə Qasımova,
hüquqşünas


Facebook-da paylaş