VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Tarixi yaşadan insan

Tarixi yaşadan insan

Tarixən insanlar müəyyən tarixi əşyaları toplamaq və bu əşyaların bir nüsxəsini gələcək nəsillərə çatdırmaq niyyətində olublar. Dünyanın əksər yerlərində olduğu kimi, Azərbaycanda da belə insanlar olub və olacaq.

Qədim tarixə malik olan ölkəmiz müxtəlif dövrlərdə fərqli pul əskinasları və sikkələrdən istifadə etmişdir. Zamanla dəyişən bu əskinaslar yaddaşlarda yalnız bəzi insanların kolleksiya kimi yığıb saxladığı və ya muzeylərdə, tarixi əsərlərin saxlandığı digər yerlərdə qorunur.

Bu cür milli və dünyanın müxtəlif ölkələrinin pul vahidlərinin qorunub saxlanması ilə ölkəmizdə də məşğul olan var. Qədim Şamaxı torpağının Dəmirçi kənd sakini Nəbi İsgəndərov da belə insanlardan biridir.

Nəbi müəllim deyir ki, "bu pulların və sikkələrin tarixi eksponat kimi qorunub saxlanması böyük diqqət və zəhmət tələb edir. Odur ki, əldə etdiyim tarixi əsərlərin məhv olmaması və gələcək nəsillərə çatdırılması üçün çox çalışıram".

Nəbi İsgəndərov demək olar ki, kənd sakinləri tərəfindən pul kolleksiyası ilə tanınır.

Nəbi müəllimin kolleksiyasında 80 dövlətin pul əskinasları və 40 ədəd qədim pullar toplanıb. Ən qədim pul vahidi 1810-cu ildə istifadə olunmuş puldur.

Kolleksiyada Azərbaycan Respublikasının ilk pul əskinasları da var. Nəbi müəllimin dediyinə görə, kolleksiyanın ümumi dəyəri 1 milyona yaxındır. Onun sözlərinə görə, bir neçə dəfə pul kolleksiyasını satmaq təklif olunsa da, o, bu təklifdən imtina edib.

Nəbi müəllim deyir ki, "axtarışlarım davam edir. Kolleksiyama yeni əskinasların və sikkələrin daxil olması üçün müxtəlib variantlar üzərində işləyirəm".

Biz də bu çətin və maraqlı işdə Nəbi İsgəndərova uğurlar arzilayırıq.

Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan
Tarixi yaşadan insan


Facebook-da paylaş