VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Möhtəşəm ixtira: artıq sizi aldada bilməyəcəklər

Möhtəşəm ixtira: artıq sizi aldada bilməyəcəklər

Britaniya alimləri qidanı həzm edə bilən robot yaradıblar. Bristol Universitetinin mütəxəssisləri qeyri-adi bir mexanizm yaratmağa nail olublar.

Bu robot canlı orqanizmlərlə qidalanır O, suya girən kimi ağzı ilə maye formasında olan, "polimer membran" adlandırılan orqanik materialı tutur və onu "mədə"sinə göndərir. Orada həzm prosesi gedir. Tullantı materiallar robotun arxa hissəsi vasitəsilə xaric olunur.
Hələlik bu maşınlardan su anbarlarının təmizlənməsində istifadə olunacağı güman edilir. Lakin robotun müəllifləri onu daha da inkişaf etdirmək niyyətindədirlər.
Orqanik maddələri ayırd edən robotun təkmilləşmiş variantı orqanik qidalarla sintetik qidaları ayırd edəcək. Bu robotun köməyi ilə istehlakçılar onlara təklif olunan qidaların təbii, yaxud süni olduğunu müəyyənləşdirə biləcəklər. Robotların gələcəkdə, dadı, iyi hiss etmək qabiliyyəti də olacaq. Bristol Universitetinin əməkdaşları yeni robotu süni intellektin inkişafı istiqamətində bir addım hesab edirlər. (sputnik)

Möhtəşəm ixtira: artıq sizi aldada bilməyəcəklər


Facebook-da paylaş