VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Kişi ilə sevişdiyi üçün saxlanılan xuliqan müğənni haqqında MARAQLI FAKTLAR

Kişi ilə sevişdiyi üçün saxlanılan xuliqan müğənni haqqında

Əfsanəvi britaniyalı müğənni Corc Maykl dünən gecə saatlarında 53 yaşında vəfat edib.
Bu yazıda oxucuları məşhur müğənninin həyat və yaradıcılığı haqqında maraqlı faktlarla tanış edirik.
Çox az adam bilir ki, Corc Maykl əslən yunandır. Onun əsl adı Yorqos Kiriakos Panaytoudur. Corc Maykl 1963-ci il iyunun 25-də Böyük Britaniyada, Londonda yunan ailəsində anadan olub. O, bütün həyatı boyu Londonda yaşayıb.

Onun musiqi karyerası 1981-cü ildə öz məktəb dostu Endryu Ricli ilə birlikdə “The Executives” qrupunu yaratması ilə başlayıb. Qrupu məşhurlaşdıran “Wham” mahnısı olub. Lakin onların populyarlıq qazanmasının əsas səbəbi varlı avara səhnə obrazı idi. Daha sonra çıxardıqları "Make It Big" adlı albom Billboard çartlarında nömrə 1-ə qədər qalxıb. Albomdan çıxan "Wake Me Up Before You Go-Go" və Corcun solo oxuduğu "Careless Whisper" böyük hitə çevrilib. Buna baxmayaraq musiqi tənqidçiləri qrupun buraxdığı albomları uğursuz hesab edib.

Kişi ilə sevişdiyi üçün saxlanılan xuliqan müğənni haqqında

Qrup 1986-ci ildə ildə dağılır, amma Corc Maykl bildirir ki, solo karyerasına başlamaq və ciddi musiqilər yazmaq niyyətindədir. Onun “Freedom” adlı ilk solo mahnısı Maykla inanılmaz uğur gətirir və böyük dinləyici auditoriyası qazanır. Yer gəlmişkən qeyd edək ki, istedadlı musiqiçinin ilk solo albomu “Faith” 16 milyon nüsxə satılır və ilin yekunlarına görə ABŞ-da ən çox satılan disk olur.

İkinci albomu Corca kommersiya cəhətdən daha az uğur gətirir. Corc Maykl buna görə “Sony” rekord-leybl şirkətini albomun reklamına kifayət qədər vəsait ayırmamaqda günahlandırır. Bu, müğənni və şirkət arasında məhkəmə ilə nəticələnir, lakin Maykl uduzur. Həmin vaxt müğənni “Sony” şirkəti ilə müqaviləsi bitənə qədər albom buraxmamağa qərar verir. Məşhur müğənninin 3-cü “Virgin Records Older” solo albomunu 1996-ci ildə çıxır və böyük maraqla qarşılanır.

Rekordlar və uğurları

Kişi ilə sevişdiyi üçün saxlanılan xuliqan müğənni haqqında

15 milyondan çox albomu satılıb.
2 "Qremmi" mükafatına layiq görülüb.
Soul Musiqisinin Kraliçası ləqəbli Areta Franklin ilə duet oxuyan ilk ağdərili müğənnidir.
ABŞ tarixində bir həftə içində ən çox albomu satılan ingilis müğənnisidir.
Onun “Careless Whisper” mahnısı 1985-ci ilin ən çox satılan mahnısı olub.

Tarixdəki ilk müğənnidir ki, bir albomundan 5 nömrə hit çıxıb.
10 milyondan çox olan satışlara görə Maykl “Prestijli Diamond” mükafatı ilə mükafatına layiq görülüb.
Amerikan R&B çartlarında “Faith” adlı albomu ilə nömrə birə qədər qalxan ilk ağdərili müğənni olub.
İlk ağdərili kişi müğənnisidir ki, “Ən Yaxşı Soul/R&B” albomu və “Ən Sevimli Vokalist” Amerikan Musiqi mükafatları alıb.
Birdən çox mahnısı "İlin ən çox qulaq asılmış mahnısı" seçilən yeganə kişi müğənnisidir.
2007-cı il yanvarın 1-nə keçən gecə isə Corc Maykl Moskvada rusiyalı oliqarx Vladimir Potaninanın villasında cəmi bir konsert verməklə rekord qonorar (üç milyon dollar) qazanır.

Oriyentasiyası və seks qalmaqalları

Kişi ilə sevişdiyi üçün saxlanılan xuliqan müğənni haqqında

Solo karyerasına başladığı vaxtdan bəri musiqiçi dünyanın hər yerində çox populyar fiqur, o cümlədən ən qalmaqallı tanınmış müğənnilərdən biri kimi tanınıb. Belə ki, 1998-ci ildə Maykl ictimai tualetdə gənc oğlanla cinsi əlaqədə olmağa cəhd edən zaman polis tərəfindən saxlanılıb. Bundan sonra müğənni homoseksual olduğunu etiraf etməyə məcbur olub.

20 yaşına qədər qadınlarla birlikdə olmağa çalışdığını deyən Mayklı hər kəs heteroseksual kimi tanıyıb. 2007-ci ildə qeyri-ənənəvi oriyentasiyaya malik olduğu üzə çıxan ifaçı öz homoseksuallığını gizlətmə səbəbi kimi anasını göstərib. O, anasının buna kəskin reaksiya verəcəyindən qorxduğunu qeyd edib. Mayklın homoseksuallığını etiraf etməsi dünya şou-biznes tarixinə ən şokedici hadisələrdən biri kimi düşüb: “Qadınlarla kifayət qədər tez-tez yatırdım, amma heç vaxt hiss etməmişəm ki, bu, ciddi sonluqla bitə bilər. Çünki bilirdim ki, emosional baxımdan mən geyəm. Mən onlarla intim münasibətlər qurmaq istəmirdim, amma məni onlara nə isə çəkirdi. Sonra onlardan istifadə etdiyim üçün utandım" .

2008-ci ildə Maykl tamaşaçılar qarşısında sekslə məşğul olduğu üçün yenidən həbs edilib. Bu hadisə Londonda Hempsted-Hit parkında baş verib, onun partnyoru isə furqonun sürücüsü 58 yaşlı işsiz kişi idi.

Dünyanın ən xuliqan musiqiçisi

Kişi ilə sevişdiyi üçün saxlanılan xuliqan müğənni haqqında

2010-ci ilin sentyabrında Maykl Londonun şimal hissəsində öz “Range Rover” markalı avtomobilini mağazaya vurduğuna görə səkkiz həftə həbs cəzası alıb. Corc Maykl narkotik maddə istifadə etməkdə təqsirli bilinərək həbs olunur, habelə cərimə edilir. 2013-ci ildə Corc Maykl ciddi yol qəzaları etdiyi üçün yenidən polisə düşüb. Ümumiyyətlə, Maykl üzərində bir neçə dəfə narkotik və kokain tapıldığına görə polislər tərəfındən saxlanılıb, amma çox keçmədən girov müqabilində azadlığa buraxılıb.

Siyasət

İnsan haqlarının müdafiəsi üçün konsert verən Maykl İraq müharibəsınə və Corc Buş siyasətinə yüksək dərəcədə qarşı olduğunu çıxışlarında dəfələrlə vurğulayıb. Onun “Shoot the Dog” adlanan video klipində Toni Bleiri bir it, prezident Corc Buşu isə onun sahibi kimi təsvir edib.

Xeyriyyə

Maykl "Pavarotti və Dostları" daxil olmaqla bir çox xeyriyyə konsertində iştirak edib. 1984-cü ildə "Don't Let the Sun Go Down On Me" mahnısını AİDS xəstələri və uşaqların təhsili üçün təşkil olunan xeyriyyə konsertində oxuyub. Mahnını Maykl daha sonra yarı italyancaya çevirərək Luçiano Pavarotti ilə duet ifa edib.
Maykl xəstə uşaqlara 35 milyon dollar yardım ayırıb.

Ölüm səbəbi

Sağlıq problemləri olan Corc Maykl 25 dekabr 2016-cı ildə 53 yaşında Oksfordşirddəki evində ürək dayanmasından vəfat edib. Kədərli xəbəri onun köməkçisi verib. Bildirilib ki, Corc Oksfordşira şəhərində yuxuda olan zaman vəfat edib. Corc Mayklın ölüm səbəbi hələ rəsmən açıqlanmayıb. Lakin müğənninin rəsmi nümayəndəsi məlumat verib ki, ulduz ürəyindəki problemlər üzündən dünyasını dəyişib. Corc Mayklın doğmalarının sözlərinə görə, "O, yuxuda və heç bir ağrı hiss etmədən sakitcə vəfat edikb". Ailə ictimaiyyətdən artıq dərəcədə xahiş edib ki, bu emosional ağır dövrdə onları sorğu-sualla incitməsin”. (Publika.az)





Facebook-da paylaş