VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Seks kölələrinə qoyulan abidə diplomatik böhran yaratdı

Seks kölələrinə qoyulan abidə diplomatik böhran yaratdı

İkinci Dünya Müharibəsi zamanı yapon əsgərləri tərəfindən seks köləsi olaraq istifadə olunan cənubi koreyalı qadınların xatirəsinə ucaldılan abidə diplomatik böhrana səbəb olub.

“Reuters” agentliyi xəbər verir ki, abidənin Pusan şəhərində qoyulmasından sonra Yaponiya hökuməti etiraz olaraq Cənubi Koreyadakı səfirini geri çağırıb.

Yaponiyanın hökumət nümayəndəsi Yosixide Suqa mətbuat konfransında bildirib ki, Tokio Cənubi Koreya hakimiyyətindən bu heykəli götürməyi tələb edəcək. Tokio hesab edir ki, abidə düşmənçiliyi qızışdırır.

Tarixçilər iddia edirlər ki, II Dünya müharibəsi zamanı Koreyadan olan təxminən 200 min qadın yapon əsgərlərinin seksual zorakılığına məruz qalıb. Yaponiya tərəfi bildirir ki, məsələ 1965-ci ildə nizama salınıb. Həmin vaxt Tokio Cənubi Koreyaya dotasiyalar və borclar formasında təxminən 800 milyon dollar verdi. Yaponiya 1993-cü ildə Seuldan üzr istəyib.

Ötən ilin avqustunda isə Cənubi Koreya Xarici İşlər Nazirliyi açıqlama verib ki, Yaponiya müharibə zamanı yapon əsgərləri tərəfindən seks köləsi olaraq istifadə olunan cənubi koreyalı qadınlara ümumilikdə 9,9 milyon dollar təzminat ödəyəcək. (Publika.az )


Facebook-da paylaş