VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Sumqayıt deyəndə ağıllara gələn 10 şey

Sumqayıt deyəndə ağıllara gələn 10 şey

Bakıya sadəcə yarım saat məsafədə Sovet memari tərzinə sadiq qalan, fabrik və zavodların bağlanması ilə yoxsullaşan, geniş küçələri və alternativ mühiti ilə Sumqayıt ölkənin ən maraqlı şəhərlərindən biridir.

DJ Fateh’in öz Twitter profilindən izləyicilərə “Sumqayıt deyəndə ağlınıza nə gəlir?” sualından ilhamlanaraq biz də öz siyahımızı hazırladıq.

1. Yuxu Qrupu

Sumqayıt deyəndə ağıllara gələn 10 şey

Sumqayıtdan çıxaraq Azərbaycan rok musiqinin ən sevilən qrupuna çevirilən Yuxu bir dövrə iz qoymuş, hələ də ən sevilən yerli rok qrupudur. Artıq aktiv fəaliyyətini dayandırmış olsa da Sumqayıtlı rok qrupunun yeri dolmayıb.

2. Kimyaçı Mədəniyyət Mərkəzi

Sumqayıt deyəndə ağıllara gələn 10 şey

Hətta Bakıda yaşayanlar belə bu mədəniyyət mərkəzini tanıyır. Xüsusilə 90-cı illərdə uşaq olan və Sumqayıta yaxın yerlərdə yaşayanlar ən az bir dəfə Kimyaçıda konsert ya tədbirdə olublar.

3. Yaşıl Bina

Sumqayıt deyəndə ağıllara gələn 10 şey

Böyük Vətən Müharibəsində əsir düşən alman əsgərlərin Azərbaycan memarlığında qoyduğu izlərdən biri də sarmaşıqla bağlanan binalar idi. 90-cı illərdən başlayaraq ləğv edilən bu tərzdə binaların ən gözəl örnəklərindən biri Sumqayıt İcra Hakimiyyətinin binasıdır.

4. Şəhriyar Məmmədyarov

Sumqayıt deyəndə ağıllara gələn 10 şey

Sumqayıtda doğulan Şəhriyar Məmmədyarov artıq ən məşhur sumqayıtlılar arasına adını yazıb. Şəhriyar 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olmuş yeganə şahmatçıdır.

5. “20 qəpik” İstəyənlərin Şəhəri

Sumqayıtın adını ən çox “Sumqayıta gedirəm, 20 qəpiyin olmaz?” deyərək pul istəyənlərin ağzından eşitmişik. Bu adamların çox Sumqayıtda yaşamasa belə çoxdan Sumqayıt deyəndə ağıla gələnlər arasına giriblər.

6. Sumqayıt Taksiləri

Şəhərin ən məşhur, ən səsli, ən ucuz və ən təhlükəki taksiləri 20 Yanvar-Sumqayıt yolunda işləyən sürücüləridir. 20 Yanvar metrosunun çıxışındakı taksi sürücüləri sosial şəbəkələrin də əyləncə mövzusudur.

7. Müraciət Forması Olaraq “Yetim”

Sumqayıt deyəndə ağıllara gələn 10 şey

Bu gün 20 yaşlılar arasında ən çox istifadə olunan müraciət formalarından biri olan “yetim” sözü də dilimizə Sumqayıtdan gəlib.

8. Artıq bir rituala çevrilən “Karvan yanğını”

“Karvan yanır” artıq xəbərlərin əvəzedilməzlərindən olub. Demək olar ki, hər il Sumqayıtın məşhur Karvan Ticarət Mərkəzində yanğın çıxması ilə bağlı xəbər oxuyuruq.

9. Sülh Göyərçini

Sumqayıt deyəndə ağıllara gələn 10 şey

Memari olaraq hər kəs tərəifindən bəyənilməsə də Sumqayıt Bulvarında yerləşən Göyərçin heykəli şəhərin simvolu hesab edilir. Bu abidə eyni zamanda Azərbaycanın tək-tük sülh simvollarından biridir və bu mənada xüsusi yerə malikdir.

10. 90-cı İllərin Ruhu

Digər şəhərlər kimi son illər də böyük dəyişiklik keçirsə də Sumqayıt az da olsa 90-cı illərin ruhunu özündə saxlaya bilən yeganə şəhərdir. Bakının keçirdiyi sürətli dəyişikliyinin kölgəsində Sumqayıta “nostalgiya” şəhəri olaraq baxmaq olar.

Pahoo.az


Facebook-da paylaş