VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Millət vəkilindən neft və dollarla bağlı proqnoz

Millət vəkilindən neft və dollarla bağlı proqnoz

Gələcəkdə həm neftin qiymətində, həm də dolların dəyərində müəyyən problemlər yarana bilər.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat dünya bazarında dollarla bağlı hazırkı vəziyyətdən danışıb:

“ABŞ prezidentinin müəyyən bəyanatları, o cümlədən neftin qiymətindəki müəyyən problemlər dolların məzənnəsinə təsir edir. Ancaq ABŞ slans neft ehtiyatlarını satışa buraxarsa, əlbəttə, bu, gələcəkdə öz təsirini göstərəcək. Belə ki, gələcəkdə həm neftin qiymətində, həm də dolların dəyərində müəyyən problemlər yarana bilər”.

Millət vəkili manatın hazırkı məzənnəsi ilə bağlı bunları deyib:

“Bu, Mərkəzi Bankın apardığı siyasətdən asılıdır. Mərkəzi Bank və Maliyyə Nazirliyi hazırda dövriyyəyə müəyyən qədər az vəsait buraxır, təbii ki, bu da öz növbəsində manatı qoruyub saxlayır. Ancaq uzunmüddətli dövr üçün real sektor inkişaf etdirilməlidir. Real sektora vəsait qoyulmalıdır ki, vergi də yığılsın”.(Axar.az)


Facebook-da paylaş