VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



“Avropa Birliyinin Türkiyədən imtinası ciddi fəsadlar törədə bilər”

“Avropa Birliyinin Türkiyədən imtinası ciddi fəsadlar törədə bilər”

Avropa Parlamenti Avropa Birliyi ölkələrini Türkiyənin quruma daxil olması ilə bağlı danışıqları dayandırmağa çağıran qətnamə qəbul edib. Bu hadisədən irəli gələn bir sıra suallarımıza Avropa Birliyi üzrə ekspert Yeganə Hacıyeva cavab verib:

- Avropa Parlamentinin bu qərarından sonra sizcə Avropa Birliyi-Türkiyə danışıqları dayandırılacaqmı? Türkiyəyə qarşı qərəz varmı, bu məsələdə?

- Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsi 1959-cu ildən, təşkilatın ilkin yarandığı dövrlərdən başlanmışdır. İlkin olaraq Türkiyə Avropa İqtisadi Birliyinə ortaqlıq məqsədilə rəsmi müraciət etmiş və 1963-cü ildə imzalanan Ankara müqaviləsi ilə Türkiyə ilk mərhələni keçərək Avropa Birliyinə ortaqlığına qəbul edilmişdir. İlk dəfə isə 1987-ci ildə isə Türkiyə rəsmi olaraq Avropa Birliyinə üzvlük üçün müraciət etdi. Avropa Birliyi öz tarixində üzvlüyə müraciət edən heç bir dövlətlə yarım əsrdən çox danışıqlar aparmamışdır. Türkiyənin üzvlüyü haqqında Avropa Birliyi rəsmilərinin zaman zaman ziddiyyətli mövqelər şahidi oluruq . Ümumilikdə Avropa Birliyi rəsmiləri və birliyin nüfüzlu üzv dövlətlərinin rəhbərləri Türkiyə ilə münasibətdə AB atacağı addımlarda maksimum diqqətli olmağa çağırışı eşitsək də, bəzən hətta Türkiyənin bu qurumda yeri olmadığını bildirməkdən belə çəkinəyən mövqelərin də şahidi oluruq. Bunu AB rəsmilərinin əsas mövqeyi kim göstərilən Türkiyənın hələ də Avropa İttifaqının meyarlarına cavab verməməsi, güya ki, Türkiyədə mövcud olan cəmiyyətlə -hökümət arasında idoloji konflik, azad iqtisadiyyat, məhkəmə-hüquq sisteminin müstəqilliyi prinsipin pozulduğunu izah etmək doğru deyil. Çünki AB-nın istər iqtisadi göstəricilərə görə, istər də siyasi və qanunun aliliyi, istər də hüquq məhkəmə sistemində problemlərə görə Türkiyədən qat qat aşağı göstəricilərə malik üzv dövlətləri var. Maləsəf Avropa öz tarixində zaman zaman onu əsarəti altında saxlayan xristian istilacılara göstərdiyi tolerant mövqeyini müsəlman Türkiyəsinə sərgiləmir. Avropa Birliyi rəsmiləri sıralarında orta əsrlərdə baş verənləri ilk imkan düşən kimi Türkiyəyə xatırlatmağı fürsət verməyənlər var.

- Türkiyənin Avropa İttifaqında olması sizcə əslində Avropa İttifaqının indiki çətin dövr yaşadığı bir vaxtda özünə daha çox lazım deyilmi?

- Qeyd edim ki Avropa Birliyi ilə Türkiyə arasında birbaşa dioloq indi əvvəlkindən daha vacibdir . Bilidiyiniz kimi Turkiyə Avropanın Cənub sərhədlərində, Aralıq dənizi hövzəsində müdafiəçisidir bu fəaliyyətini NATO çərcivəsində və həmçinin qaçqınlarla bağlı köç razılaşmasını həyata keçirir. Türkiyə Suriya üzrə əsas donor ölkə olmaqla yanaşı, Avropa Birliyi ilə miqrantlara görə köç öhdəliyi sazişi olan bir dövlətdir. Bildiyimiz kimi, Suriyadan və digər Şimali Afrika ölkələrindən gəlmiş qaçqınların Avropaya kütləvi axını nəticəsində Avropa miqrasiya böhranı və onun siyasi, iqtisadi və hümanitar fəsadları yaşamaqdadır.

- Danışıqların dayanmasından itirən daha çox kim olacaq?

- Beynəlxalq münasibətlər qarşılıqlı faydalılıq əsasında formalaşan münasibətdir. Avropa Parlamenti Avropanın siyasi və cənub sərhəd təhlükəsiziliyində önəmli rol oynayan Türkiyə ilə danışıqları dondurması , AB-yə üzvlük danışıqlarının dayandırılması nəticəsi olaraq Türkiyənin üzvlükdən ümumiyyətlə imtina etməsinə gətirə bilər. Bu isə AB-nin özü üçün , Yaxın Şərq regionu üçün fəsadlarla müşahidə olunacaq. Türkiyə Avropa Birliyi ilə münasibətlərdə mövcud olan narazılıqların dərinləşməsinə gətirə , bunun əsasında isə Türkiyə AB ilə köç razılaşması ləğv edilə bilər. Acaq onu da qeyd etmək lazımdır ki , bu tip qətnamə gələcəkdə Türkiyəyə qarşı sanksiyaların qəbul olunmasına çalışan dairələrin sonrakı fəaliyyəti üçün təməl sənəd kimi nəzərdə tutulur.

- Sizcə Avropa Parlamenti və Avropa İttifaqının addımları Türkiyəni Rusiyaya doğru meylləndirə bilərmi?

- Bu, artıq baş verib, Türkiyə Rusiya ilə Avropada diaspor və mühacir kontingentində müştərək, Yaxın Şərqdə isə müharibədə maraqların toxunulmaması haqqında qarşılıqlı fəaliyyətdədirlər. Həmçinin Türkiyə Rusiya ilə hazırda de-fakto onun ərazisi olan Krımla su sərhədinə, Qafqazda for-postu olan Ermənistanla isə quru sərhədinə malikdir. Türkiyə Yaxın Şərqdə nüfuzlu söz sahibidir. Sovetlər dönəmindən sonra isə Rusiya ilk dəfədir istər Avropada hibrid üsullarla, Yaxın Şərqdə isə müharibədə iştirakla bu qədər aktivlik göstərir. Bu aktivlik Rusiya üçün Avropada güclər balansına təsir etmək, Yaxın Şərqdə isə Orta Asya və Qafqaz regionunda güclər balansını qorumaq istiqamətində məcburi addımdır.

Etibar Seyidağa


Facebook-da paylaş