VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Qazaxıstan səfiri Qazax rayonunda olub

Qazaxıstan səfiri Qazax rayonunda olub

Qazaxıstanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri B.O.İsabayev Qazaxda olub. Mayın 29-da axşam saatlarında səfir B.O.İsabayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qazaxın ünvanını bildirən Obeliskin önündə qarşılanma mərasimi olub. Qonaqları rayon İcra Hakimiyyəti Başçısının müavinləri Tahir Musayev, Gulaya Həsənova və digər məsul işçilər qarşılayıblar.

Sonra qonaqlar Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsini əbədiləşdirən Təyyarə Abidə Kompleksində olub və igid təyyarəçi haqqında məlumat alıblar.

Ertəsi günü qonaqlar ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin abidəsini ziyarət edib heykəli önünə gül dəstələri qoyublar. Sonra Heydər Əliyev Mərkəzində olan səfir B.O.İsabayev və digər qonaqlar dahi şəxsiyyətin həyat və yaradıcılığı ilə yaxından tanış olub, ümummilli liderin zəngin həyatını özündə əks etdirən filmə baxıblar. Mərkəzdəki planetariumda nümayiş etdirilən film qonaqlar tərəfindən maraqla qarşılanıb.

Xeber-24.az xəbər verir ki, səfir B.İsabayev GOYEZEN.AZ saytına bildirib ki, Qazaxa səfərimiz rayon ilə ilkin tanışlıq, onun haqqında ətraflı məlumat əldə etməkdir. Mənimlə birlikdə Qazaxa “Бабалар ізімен” (Əcdadların izi ilə) elmi ekspedisiyası gəlib. Ekspedisiyaya Qazaxıstanın paytaxtı Astana şəhərindən gəlmiş alim və türkoloqlar, “Xabar24” dövlət telekanalın və “Avrasiya” kanalın əməkdaşları daxildir. Ekspedisiyanın rəhbəri coğrafiya elmləri doktoru S.İskakov isə bildirib ki, onlar Qazaxıstanla Qazax rayonu arasında tarixi bağlılığı araşdırır, iki xalqı bir-birinə bağlayan qədim kökləri axtarırlar. Qeyd edib ki, elmi ekspedisiyada mənimlə birlikdə Qazaxıstanın tanınmış elm xadimləri, tarix elmləri doktoru O.Mazbayev, J.Sabitov və başqaları iştirak edir.

Ekspedisiyanın üzvləri ilkin olaraq Qazaxın ən qədim və zəngin tarixə malik olan “Göyəzən” dağına baş çəkiblər. Respublikanın əməkdar müəllimi Mustafa Mirzəyev qonaqlara “Göyəzən” dağının tarixi barədə ətraflı məlumat verib.

Qazaxın tarixi yerlərindən biri olan Damcılıda olan qonaqlara bu qədim tarixi yaşayış məskəni haqqında ətraflı məlumat verilib, onun Azərbaycan tarixində oynadığı roldan danışılıb. Burada qonaqlar yerli sakinlərlə, tarixçilərlə görüşüb, fikir mübadilələri aparıblar.

Daha sonra ekspedisiyanın üzvləri Tarix-Diyarşünaslıq Muzeyində olaraq rayonun tarixi, dünəni və bu günü barədə məlumat alıblar. Muzeyin direktoru Gülnaz Alışanova onları muzeydə olan qədim eksponatlarla tanış edib.

Günün sonunda qonaqlar Ədəbiyyat Muzeyinə və Dədə Qorqud Abidə Kompleksinə də baş çəkiblər.
“Əcdadların izi ilə” elmi ekspedisiyanın üzvləri sabah Qazaxın digər tarixi yerləri tanış olacaqlar.

Elçin İSMAYIL

Qazaxıstan səfiri Qazax rayonunda olub
Qazaxıstan səfiri Qazax rayonunda olub
Qazaxıstan səfiri Qazax rayonunda olub
Qazaxıstan səfiri Qazax rayonunda olub
Qazaxıstan səfiri Qazax rayonunda olub
Qazaxıstan səfiri Qazax rayonunda olub
Qazaxıstan səfiri Qazax rayonunda olub
Qazaxıstan səfiri Qazax rayonunda olub


Facebook-da paylaş