VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Azərbaycanda anemiya diaqnozu qoyulan uşaqların sayı artır

Azərbaycanda anemiya diaqnozu qoyulan uşaqların sayı artır

Azərbaycanda ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış xəstə uşaqların sayı artır.

Trend-in statistik göstəricilərə istinadən verdiyi məlumata görə, 2011-ci ildə Azərbaycanda ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək xəstə uşaqların sayı 20 425 nəfər olduğu halda, 2014-cü ildə bu rəqəm 24 769, 2015-ci ildə isə 28 018, 2016-cı ildə 28 948 nəfər olub.

Əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı da çoxalıb. 2012-ci ildə əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı 845,2 nəfər, 2015-ci ildə isə 1087,7 nəfər, 2016-cı ildə 1114 nəfər olub.

Ötən il 982 uşağa ilk dəfə olaraq, boy atmanın ləngiməsi və zəiflik, 353 uşağa yod çatışmazlığı, 67 uşağa A vitamini çatışmazlığı diaqnozu qoyulub.


Facebook-da paylaş