VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Dünının ən xoşbəxt ölkələri - SİYAHI

Dünının ən xoşbəxt ölkələri

BMT-nin Beynəlxalq təşəbbüs şəbəkəsi dünya ölkələrinin illik reytinqini açıqlayıb.

Reytinq 6 əsas göstərici üzrə tərtib olunub: adambaşına düşən ümumi daxili məhsulun həcmi, sağlam həyat müddəti, azadlıq, xeyirxahlıq, sosial təminat, eləcə də hökumətdə və biznesdə korrupsiyanın səviyyəsi.
Reytinqin ilk sırasında yer alan Noveç ən xoşbəxt ölkə kimi xarakterizə olunub.

Ötən il ən xoşbəxt ölkə adı qazanan Danimarka bu dəfə ikinci sıradadır.

Norveç və Danimarkadan sonra ilk onluğa bu ölkələr də düşüb: İslandiya, İsveçrə, Finlandiya, Niderland, Kanada, Yeni Zelandiya, Avstraliya və İsveç.

Reytinqdə ən son sıralardakı ölkələr isə bunlardır: Cənubi Sudan, Liberiya, Qvineya, Toqo, Ruanda, Suriya, Tanzaniya, Burundi və Mərkəzi Afrika Respublikası.

Rusiya 49-cudur. Almaniya, Böyük Britaniya və Fransa müvafiq olaraq 16, 19 və 31-ci yerdədir. Ukrayna Sudan və Qanadan sonra 132-cı sıradadır.

ABŞ reytinqdə mövqeyini itirir. Bu ölkə 13-cü yerdən 14-də düşüb.
Azərbaycan reytinqdə 85-ci yerdədir. Ermənistan 94-cü, Gürcüstan isə 125-ci yerdə qərarlaşıb. (Modern.az)


Facebook-da paylaş