VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Poeziyamızın Günəşi Səməd Vurğun Novruzda dünyaya gəlib

Poeziyamızın Günəşi Səməd Vurğun Novruzda dünyaya gəlib

Bu gün mart ayının 21-də Azərbaycanın dahi şairi Səməd Vurğunun anadan olduğu gündən 111 il keçdi.

Səməd Vurğun Azərbaycan poeziyasını fars və ərəb dilinin zindanından, əsarətindən və təzyiqindən xilas etdi.

Səməd Vurğun Azərbaycan türkcəsində poeziyamızı yaratdı.

Səməd Vurğun Azərbaycan türkcəsində poeziyamızı Azərbaycan poeziyasının, Türk dünyası poeziyasının zirvəsinə yüksəltdi.

Səməd Vurğun Azərbaycan türkcəsindəki poeziyamızı dünya poeziyasının zirvəsinə yüksəltdi.

Səməd Vurğun Azərbaycan türkcəsində poeziyamızı yaradarkən, poeziyamızı zirvələrə yüksəldərkən poeziyanın Azərbaycan türkcəsində möhtəşəm konstruksiyalarını yaratdı.

Səməd Vurğunun Azərbaycan türkcəsində yaratdığı poeziya türkdilli poeziyaların ulduzları içərisində daha parlaq ulduzlardan yaranmış bir kəhkəşan yoludur.

Səməd Vurğun Azərbaycan türkcəsində poeziyamızı yaradarkən dilimizi saflaşdırdı, dilimizi kömürdən qrafitə, qrafitdən almaza, almazdan brilyanta çevirdi. Bu gün fizika və kimya kömürü qrafitə, qrafiti almaza, almazı brilyanta çevirən kimi.

Səməd Vurğun poeziyası Azərbaycanda yaşayan bütün millətlərin və etnosların-Azərbaycan türklərinin, talışların, ləzgilərin, kürdlərin, avarların və digərlərinin ana dillərinin də böyük poeziyasıdır.

Səməd Vurğun poeziyasını bütün millətlər və etnoslar əzbərdən bilir.

Səməd Vurğun poeziyası azərbaycançılıq idealogiyasının əsaslarını yaradıb.

Səməd Vurğunun azərbaycançılığı ədəbiyyat, poeziya və dil kimi nəhəng kateqoriyalar miqyasında Azərbaycanda yaşayan bütün millətlərin və etnosların birliyinə və monolitliyinə xidmət edir.

Səməd Vurğun bahar günü dünyaya gəldi. Baharda təbiət dəyişir. Təbiət oyanır. Günəş yer Kürrəsinin şimal yarımkürəsinə böyük enerji verir. Allahın lütfü ilə 21 martda Səməd Vurğun dünyaya gəldi.

Səməd Vurğun poeziyamızın günəşi oldu.

Poeziyamızın Günəşi Səməd Vurğun Novruzda dünyaya gəlib
Prof.Dr. Qüdrət İsaqov


Facebook-da paylaş