VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Ərdoğan "Amnesty International"ı ölkədə yeni dövlət çevrilişi hazırlamaqda ittiham edib

Ərdoğan "Amnesty International"ı ölkədə yeni dövlət çevrilişi hazırlamaqda ittiham edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Amnesty International"ı ölkədə yeni dövlət çevrilişi hazırlamaqda ittiham edib.

Bunu o, G20-nin sammitində deyib.

Ərdoğan ittihamını Türkiyə kəşfiyyatının təqdim etdiyi məlumatlarla əsaslandırıb.

Hamburq sammitinin yekunlarına dair mətbuat konfransında Ərdoğandan hüquq-müdafiə təşkilatı fəallarının nə üçün saxlanıldıqları soruşulub.
Siyasətçi izah edib ki, hazırkı mərhələdə bəzi hüquq müdafiəçilərinin Böyükada adasındakı otelə "çevriliş cəhdinin hansısa bir davamını müzakirə etmək" üçün toplaşıb-toplaşmadıqları müəyyən edilir.

Türkiyə lideri, həmçinin qeyd edib ki, hazırda AI fəallarının işi məhkəmədədir və o, araşdırmalar nəticəsində nəyin ortaya çıxacağını bilmir. ("Report")


Facebook-da paylaş