VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Lukaşenko Dağlıq Qarabağa dəvət olundu - Erməni həyasızlığı sərhəd tanımır...

Lukaşenko Dağlıq Qarabağa dəvət olundu

Separatçı rejimin nümayəndəsi şirin röyalarının təsiri altında danışdıqlarının fərqinə varmır...

Belarus prezidenti Aleksandr Lukaşenko Xankəndindəki qondarma separatçı rejimin rəsmisi tərəfindən Dağlıq Qarabağa dəvət edildi.

Moderator.az bu haqda erməni mediasına istinadla yazır. Qondarma rejim başçının mətbuat katibi David Babayan Tert.am-ın əməkdaşı ilə söhbətində Belarus liderini rəsmən Dağlıq Qarabağa dəvət etdiyini bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryanla görüşündə Qarabağdakı ermənilərin yaxşı yaşadığına şübhə etdiyini bildirmişdi:

”Ermənistan prezidenti və ya Ermənistanda, həmçinin Azərbaycanda mənim mövqeyimi soruşanda, harada olmağımdan asılı olmayaraq deyirəm ki, insanlar ləyaqətli yaşamağa layiqdirlər. İnanmıram ki, bu gün Dağlıq Qarabağda insanlar yaxşı və layiqincə yaşayırlar...”

Belarus rəhbərinin söylədiyi həqiqətləri həzm edə bilməyən rejim nümayəndəsi A.Lukaşenkonun Qarabağa gələcəyi və problem barədəki fikrinin dəyişəcəyi xülyasına qapılaraq deyir:

“Əgər cənab Lukaşenko gerçəkliklə yerindəcə tanış olmaq istəyirsə, biz onu rəsmən “Artsax”a dəvət edirik. Qoy yerindəcə görsün ki, bizim “respublika“, bizim “paytaxt” necə inkişaf edir. O görəcək ki, hətta indiki vəziyyətdə belə, layiqincə yaşamaq və inkişaf etmək mümkündür...”


Facebook-da paylaş