VİDEO Bütün Xəbərlər

İzləməyə dəyər

Reklam



Yeyinti məhsullarının idxalı 27% artıb

Yeyinti məhsullarının idxalı 27% artıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 178 978,71 min ABŞ dolları həcmində yeyinti məhsulları idxal olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən yeyinti məhsulllarının idxalında 26,72% artım qeydə alınıb.

Hesabat dövründə ət idxalı 67,8% artaraq 6 025,19 min dollar, süd - 2 dəfədən çox artaraq 1 354,13 min dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar - 36,7% artaraq 8 483,81 min dollar, çay - 25,53% artaraq 6 523,09 min dollar, buğda - 51,64% artaraq 23 609,65 min dollar, şəkər idxalı 2,9 dəfə artaraq 25 818,86 min dollara çatıb. Bu müddətdə meyvə-tərəvəz idxalında isə azalma müşahidə olunub. Belə ki, meyvə-tərəvəz idxalı illik müqayisədə 9,21% azalaraq cari ilin ilk iki ayı ərzində 25 169,59 min dollar təşkil edib.

Qeyd edək ki, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 14,48%-dən 18,41%-ə yüksəlib.


Facebook-da paylaş